Lənkəran rayonu Kərgəlan kəndində məktəb direktoru Heybət İsmayılov vəfat edib.
Sosial şəbəkələrdə yayılan iddiaya görə, Heybət İsmayılov rəhbəri olduğu təhsil müəssisəsindən 18 müəllimin imtahandan keçməməsinə görə infarkt keçirərək, həyatını itirib.
Məktəbin müəllimləri bu məlumatı təsdiqləyib.
Lənkəran-Astara Regional Təhsil İdarəsi isə iddianı təkzib edib.
Təhsil İdarəsi deyir ki, imtahana məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib, qalanları kəsilib. Direktor Heybət İsmayılov isə ürəktutmadan vəfat edib.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.