“Nərmin işi”ndə yeni qərar açıqlanıb.
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun apelyasiya şikayəti təmin edilməyib.
Gəncə Apelyasiya Məhkəməsində çıxarılan qərara əsasən, İlkin Süleymanov haqqında hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsi onun barəsində 18 il hökm oxumuşdu.
İlkin Süleymanov isə məhkəmədə təqsirsiz olduğunu, cinayəti üzərinə götürməsi üçün ona işgəncə verildiyini və cinayətkarların əvəzinə 5 ilə yaxındır ki, nahaqdan cəza çəkdiyini bildirmişdi.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Növbəti yazı Laçında 4 hərbçi çimərkən həlak olub