Nana Babazadə üzləşdiyi işgəncədən danışıb
Türkiyədə tutulub, işgəncə görüb, sonra isə deport olunan azərbaycanlı veqan aktivist Nana Babazadə “HamamTimes”a danışıb.
O, İstanbul Universitetində yeməkxanada qiymət artımına qarşı etirazlara qatıldığı üçün saxlanılıb. Əvvəlcə ona agent olmaq təklif edilib. Qəbul etmədikdə isə Çatalca Geri Göndərmə Mərkəzinə (ÇGGM) aparılıb. 52 gün orada saxlanılan azərbaycanlı tələbə daha sonra Türkiyədən deportasiya edilib.
- Türkiyə universitetlərində Rojin Kabaiş etirazları
- Bakının mərkəzində bir gey öldürüldü, bəs hökumət və cəmiyyət buna necə yanaşdı?
- 2027-də əsrin ən uzun Günəş tutulması baş verəcək, Azərbaycan da şahid olacaq
ÇGGM-də ona qarşı rəftarın ağır olduğunu deyən Babazadə bildirir ki, normalda 8-9 ay davam edən məhkəmə prosesi qeyri-adi şəkildə sürətləndirilib və 52 gün sonra rədd cavabı verilib.
“Əlimi, ayağımı, ağzımı, bütün bədənimi qara parça ilə bağladılar. Ağzıma it ağızlığına bənzər aparat taxıldı, panik atak keçirdim, nəfəs ala bilmirdim. Məni digər qadınlara “ibrət”olsun deyə göstərdilər. Dedilər ki, “istəyinizlə getməsəniz belə aparılacaqsınız”. Çox alçaldıcı idi”.
Nana Babazadə üzləşdiyi işgəncədən danışıb