Rojin Kabaiş etirazları

2024‑ün payızında Van Yüzüncü Yıl Universitetinin tələbəsi Rojin Kabaiş tələbə yataqxanasını tərk etdikdən sonra itkin düşüb. Onun meyiti 18 gün sonra – 15 oktyabr 2024‑də Van Gölünün sahilində tapılıb. Təhqiqat orqanları ilkin olaraq ölümün intihar olduğunu iddia etsə də, ailə və tələbə yoldaşları hadisənin qətl və cinsi zorakılıqla əlaqədar ola biləcəyini düşünür.

Bu ilin oktyabrında Adli Tıp Kurumunun – məhkəmə tibbi-ekspertiza qurumu (ATK) yeni hesabatı ortaya çıxandan sonra Van Yüzüncü Yıl Universitetində etirazlar başlayıb və qısa müddətdə Türkiyənin digər universitetlərinə yayılıb.

Bu məqalə həmin etirazların və universitetlərdəki sağ‑sol qarşıdurmalarının gedişini, ATK hesabatlarının detallarını və tələbələrin tələblərini ehtiva edir.

Van Yüzüncü Yıl Universitetinin tələbələri “Rojin üçün ədalət” şüarları səsləndirərək rektorluq qarşısında oturaq aksiya keçirir / Emek ve Gül - Rojin Kabaiş etirazları
Van Yüzüncü Yıl Universitetinin tələbələri “Rojin üçün ədalət” şüarları səsləndirərək rektorluq qarşısında oturaq aksiya keçirir / Emek ve Gül

Rojin Kabaişin şübhəli ölümü

  • 27 sentyabr 2024 – Van Yüzüncü Yıl Universitetinin Okul Öncesi Müəllimliyi tələbəsi Rojin Kabaiş qaldığı Seyyid Fehim Arvasi Kız Yurdundan (tələbə yataqxanası) ayrılıb və geri qayıtmayıb.Onun yoxa çıxması barədə rəsmi axtarış gec başlayıb.
  • 15 oktyabr 2024 – Onun cansız bədəni Van Gölünün Tuşba rayonundakı Mollakasım kəndi yaxınlığında tapılıb. Cənazə növbəti gün Diyarbakıra aparılaraq dəfn edilib.
  • İlk ATK hesabatı 1 noyabr 2024‑də hazırlanıb. 80 nümunənin təhlilinə baxmayaraq, hesabatda iki müxtəlif kişi DNK profilinin bədənin hansı bölgələrindən alındığı göstərilməyib. Bu, hüquqşünasların və ailənin narazılığına səbəb olub.
  • 10 Oktyabr 2025 – İctimai təzyiqdən sonra hazırlanan yeni ATK hesabatından bəlli olub ki, DNK nümunələri sinə (sternal) və vaginal bölgədən götürülüb. Ailənin və vəkillərin fikrincə, vaginal bölgədən DNK tapılması seksual təcavüz ehtimalını gücləndirir və əvvəlki hesabatın gec açıqlanması böyük laqeydlikdir.
  • ATK‑nın yekun hesabatında Rojinin suda boğularaq öldüyü, amma intihar, qəza və ya qətl arasında fərq qoymağın mümkün olmadığı vurğulanır. Toksikoloji araşdırma ornidazol və rokuronium adlı dərman maddələrinin izlərini və çürümə nəticəsində yarandığı güman edilən 39 mg/dL etil spirtini aşkar edib. Sənəddə cinsi təcavüz, zəhərlənmə və travmatik öldürülmə ilə bağlı tibb sübutu olmadığı iddia edilir, lakin DNK nümunələrinin başqaları ilə müqayisə olunması üçün prokurorluğa müraciət edilməsi tövsiyə olunur.
  • Ailənin və vəkillərin dediyinə görə, ATK hesabatlarının gec təqdim edilməsi, DNK izlərinin mənbəyinin əvvəlcə gizlədilməsi və ekspertiza zamanı kontaminasiya (analiz və ya nümunəyə kənar DNT, bakteriya, kimyəvi maddə və s. qarışması) ehtimalının araşdırılmaması şübhə yaradır. Vəkil Nahit Eren DNK‑nın kimə aid olduğunu müəyyənləşdirmədən və hadisə yerində iştirak etmiş bütün şəxslərdən nümunə götürmədən istintaqın nəticə verməyəcəyini bildirir.

İstanbulun keçmiş meri casusluqda ittiham olunur: İmamoğlu kimdir və onun məhkəmə işi niyə önəmlidir?

Ərdoğanın “legitimlik” dərdi: Türkiyə xarici siyasətdə daxili legitimlik axtarışındadır

Dörd türk dövləti Türkiyəni işğalçı kimi tanıdı


Van Yüzüncü Yıl Universitetində etiraz hərəkatı

ATK‑nın yeni hesabatından sonra Van Yüzüncü Yıl Universitetinin tələbələri və qadın təşkilatları oktabrın ortalarından etibarən ardıcıl aksiyalar keçiriblər. Etirazlar Rojinin ölümü ətrafında sistemli zorakılıq və cəzasızlıq məsələlərinə yönəlib.

Etirazların başlanması və ilk günlər

  • Tələbələr rektorluq binası qarşısında oturaq aksiya keçirərək “Qoruma, gizlətmə, caniləri mühakimə et”“Həqiqət suda itib batmaz” şüarları səsləndiriblər, daha sonra Adli Tıp Kurumuna yürüş ediblər.
  • Rektor Hamdullah Şevli qısa görüşdə tələbələrin suallarını cavabsız qoyub; onun mühafizəçiləri tələbələri itələyib, nəticədə “Rektor istefa”, “Jin, jiyan, azadi”“Kampusda polis istəmirik” şüarları səsləndirilib.
  • Etirazlar 12-ci günü rektorun göstərişi ilə jurnalistlər kampusa buraxılmayıb və sosial şəbəkə paylaşımları bloklanıb; Van Vəkillər Kollegiyası və yerli rəsmilər hadisəni siyasi motivli qadın qətli adlandıraraq rektorun istefasını tələb ediblər.
  • Tələbələr Rojinin oxuduğu fakültəyə yürüş ediblər və “Kampüs yatma, tələbənə yiyə dur” şüarını səsləndiriblər. Müxalif Cümhuriyyət Xalqçı Partiyanın Universitet Birlikləri Koordinasiyaçısı Furkan Sayğın Van tələbələrinin səsinə qoşulmaq üçün bütün universitetlərə çağırış edib və cinayəti gizlədənlərin cəzalandırılmasınadək mübarizəni davam etdirəcəklərini bildirib.

Tələbələrin tələbləri və polisi müdaxilələr

Tələbələr üç əsas tələb irəli sürürdülər:

  • Rojin Kabaiş işi ilə bağlı şəffaf istintaq aparılması və DNK izlərinin sahiblərinin tapılması;
  • Kampusda təhlükəsizliyi təmin edə bilməyən rektor Hamdullah Şevlinin istefası;
  • Kampusda polis və xüsusi mühafizə qüvvələrinin çəkilməsi və qadın qətllərinin gizlədilməməsi.

Bu çağırışlar “Rojin Kabaiş üsyanımızdır”“Susma, susduqca növbə sənə çatacaq” kimi şüarlarla müşayiət olunub.

Polis və xüsusi təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə edib: kampus girişlərinə nəzarət gücləndirilib, bəzi tələbələr kampusa buraxılmayıb; sosial media paylaşımlarına məhdudiyyətlər tətbiq olunub. Bu maneələr etirazçıları daha da qəzəbləndirib və etirazların digər şəhərlərə yayılmasına səbəb olub.

Həmrəylik aksiyaları və ictimai dəstək

Vanda Taksi sürücülərinin aksiyası | ANF
Vanda Taksi sürücülərinin aksiyası | ANF
  • Taksi sürücülərinin aksiyası (19 oktyabr) – Van şəhərində 150‑yə yaxın taksi sürücüsü universitet rəhbərliyinin yasağına baxmayaraq kampusa getməyə çalışıb; onlara maneə törədildiyindən sürücülər şəhərin mərkəzində toplaşıb səlahiyyətliləri laqeydlikdə günahlandırıblar. Onlar iki kişi DNK izinin gizlədilməsini qınayaraq tam istintaq tələb ediblər və avtomobillərinə Rojinin şəkillərini yapışdıraraq “sükut etmirik” mesajı veriblər.
  • Media və sənət xadimlərinin dəstəyi – Vəkillər və qadın hüquqları fəalları, o cümlədən Van Vəkillər Kollegiyası qadın hüquqları mərkəzi, yeni ATK hesabatında DNK nümunələrinin yerlərinin göstərilməsinin 10 ay gecikdirilməsini tənqid ediblər. Digər universitetlərdəki feminist qruplar “Rojin üçün ədalət” şüarı ilə aksiyalar təşkil ediblər.

Digər universitetlərdə sağ‑sol qarşıdurması və etirazlar

Van hadisələri genişlənərkən, Türkiyənin başqa universitetlərində həm Rojin Kabaiş üçün həmrəylik, həm də hökumətin təhsil siyasətinə etiraz aksiyaları keçirilib. Bu aksiyalar sağçı millətçi qruplar (Ülkü Ocakları, Ülkücü Teşkilatlar) ilə solçu və Kürd təşəbbüskar tələbələr arasında toqquşmalara çevrilib.

Hacettepe Universitetində dönər bıcağı ilə hücum

Hacettepe Universitetində dönər bıcağı ilə hücum anı | Euronews - Rojin Kabaiş etirazları
  • 27 oktyabr – Ankara Hacettepe Universitetinin Beytepe kampusunda özlərini “Hacettepe Ülkücü Teşkilat” adlandıran millətçi qrup “rəhbər və bayraq mübadiləsi” mərasimi keçirmək üçün çağırış edib. Buna etiraz edən sosialist və Kürd tələbələr “gedidəqalmış və faşist dəstələrin kampusda fəaliyyətinə icazə verməyəcəyik” şüarı ilə yeməkxana meydanında toplanıb.
  • Əllərində pala (döner bıçağı) olan maskalı şəxslər tələbələrə hücum ediblər; bir tələbənin başı yarılıb və xəstəxanaya aparılıb. Kampusa çevik polis qüvvələri və xüsusi mühafizə dəstələri yeridilib.
  • Hər iki tərəf arasında toqquşma nəticəsində ən azı 40 tələbə döyülərək saxlanıb, o cümlədən yaralıya dəstək üçün xəstəxanaya gələn beş ODTÜ tələbəsi. Vəkillər polisin müdaxiləsinə etiraz edərkən zorakılığa məruz qalıblar.
  • İkinci hücum xəstəxanada baş verib: yaralı tələbəni ziyarət edən tələbələr polis tərəfindən saxlanılıb; ümumilikdə 29 nəfər saxlanılıb, onlardan 24‑ü buraxılıb, 5‑i məhkəməyə göndərilsə də sonradan onlar da polis nəzarətində azad ediliblər.
  • Bir tələbənin ifadəsinə görə, hücuma 15-20 “faşist ülkücü” qatılıb və polis heç bir hücumçunu saxlamadan 5-6 solçu tələbəni həbs edib. “Euronews” da yazır ki, palalı hücum zamanı yaralanmış tələbəni ziyarət edən 28 nəfər saxlanılıb, lakin hücum edənlər azad buraxılıb. Jurnalist Alican Uludağ daha sonra altı hücumçunun saxlanıldığını bildirsə də, tələbələr polis və Ülkü Ocakları arasında gizli əməkdaşlıqdan şübhələnirlər.

Rojin Kabaiş etirazları

Leave A Reply