Meydançılar Apelyasiya Məhkəməsinə çıxarılır.
Bu gün jurnalist Natiq Cavadlı haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan verilən şikayətə baxılıb.
Məhkəmədə vəkil Zibeydə Sadıqova bildirib ki, istintaq orqanı ilkin sübutlar təqdim etmədən həbs qətimkan tədbirilə bağlı məhkəməyə təqdimat verib.
Natiq Cavadlı özü də məhkəmədə çıxış edərək bildirib ki, jurnalist fəaliyyətinə görə həbs edilib.
O bildirib ki, 33 ildən çoxdur jurnalistdir və bu müddətdə peşəkar fəaliyyətinə görə mükafatlara layiq görülüb:
“Mənim əlim heç vaxt haram pula dəyməyib. Mən deputatlardan müsahibələr götürürdüm, dövlət qurumlarından açıqlamalar alırdım. Əgər cinayətkar fəaliyyətlə məşğul idimsə, niyə mənə müsahibələr, açıqlamalar verirdilər?”