NATO baş katibindən Avropaya xəbərdarlıq

Bruseldə Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclasında NATO baş katibi Mark Rutte sərt xəbərdarlıq edib. O deyib ki, Avropa və ya Aİ ABŞ-ın dəstəyi olmadan özünü müstəqil müdafiə edə bilməz.

Baş katibin dediyinə görə, Avropanın “Amerikasız təhlükəsizlik fikri” reallıqdan uzaqdır. Belə bir senari gerçəkləşsə, Aİ ölkələri müdafiə büdcələrini ÜDM-nin 10 faizinə qədər yüksəltməli, öz nüvə imkanlarını qurmaq üçün milyardlarla avro xərcləməli olacaqlar.

Rutte həmçinin vurğulayıb ki, ABŞ-ın NATO içində rolu qarşılıqlı ehtiyac üzərində qurulub. Onun sözlərinə görə, Avropa ABŞ-a ehtiyac duyduğu kimi, ABŞ da alyans vasitəsilə öz təhlükəsizliyini təmin edir və Vaşinqtonun Avropadakı hərbi mövcudluğu “çox güclü” qalacaq.

Onun çıxışında Arktika və Qrenlandiya məsələləri də toxunulub və NATO-nun bu bölgədə təhlükəsizliyi gücləndirməyə çalışdığı qeyd edilib.

NATO baş katibindən Avropaya xəbərdarlıq

Leave A Reply