Naxçıvanda əvvəlki özbaşnalıqlar başlayıb! Məmurlar at oynatmağa davam edir!

Naxçıvan Dövlət Filarmoniyası işçilərin maaşlarını vermir.

Filarmoniya işçiləri deyirlər ki, son 8 ay ərzində 6 konsert veriblər, lakin təyin olunan pul mükafatları Mədəniyyət Nazirliyi tərəfindən mənimsənilib.

Musiqiçilər Novruz Bayramı ərəfəsində 5 gün açıq hava konserti veriblər. Lakin bunun üçün təyin olunan qonorarları da ala bilməyiblər.

Şikayətçilər deyirlər ki, Həsən Seyidov və Vəli Səfərovun pul mükafatlarını mənimsədiklərini bildirirlər.

Həsən Seyidov – Naxçıvan Mədəniyyət Naziri vəzifəsinin müvəqqəti icraçısı, Vəli Səfərov – Mədəniyyət Nazirliyi Aparatının rəhbəridir.

Vəli Səfərov indiki vəzifəsindən əvvəl elə həmin Filarmoniyada direktor müavini olub.

Maraqlıdır ki, Səfərov əvvəllər tamada olub. O, “Xalq Ulduzu” müsabiqəsində də iştirak edib.

Leave A Reply