Bəlkə, bir dənə də aeroport?
Bakıda tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov danışıb:
“Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq.
Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə “28 may” metrostansiyasına qədər əhəmiyyətli ola bilər.
“Seabreeze” istiqamətində yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər”, – deyə o qeyd edib.