Neftçi PFK
“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov klubun hazırkı vəziyyəti ilə bağlı açıqlama verib. O, bu barədə aprelin 14-də “CBC Sport”da yayımlanan “90 dəqiqə” verilişində danışıb.
Samir Abasovun sözlərinə görə, “Neftçi”dəki uğursuzluğun əsas səbəbi klubun təzyiqlərə dözməməsidir. Həmin təzyiq altında verilən qərarlar da nəticələrə mənfi təsir göstərib.
“Mən düşünürəm ki, “Neftçi”dəki uğursuzluğun səbəbi klubun təzyiqlərə dözməməsidir. Həmin təzyiqin altında verilən qərarlar da nəticələrə təsir edib.
Yeni rəhbərlik komanda üçün çox işlər görür və bunu inadla, cəsarətlə edir. Bu komandanın ətrafında təzyiq böyükdür və bunun azarkeşlərlə əlaqəsi yoxdur.
Görürsünüz ki, hansısa verilişdə futbol haqqında danışılırsa, orada vaxtın çoxu “Neftçi”yə ayrılır. “Neftçi”də əvvəl işləmiş insanların, onları yenidən kluba qayıtmaq istəyinin təzyiqidir bu.
Bu komandanın həmişə uğursuz olmasını istəyənlər var. Onlar bir ordudur və elə də təzyiq edirlər. Klub bunun öhdəsindən gəlsə, gələcəkdə yaxşı “Neftçi” görəcəyik”.
Abasov həmçinin qeyd edib ki, “Neftçi”dən ayrıldıqdan sonra komandanın heç bir oyununa tam baxmayıb.
Xəbər sosial şəbəkələrdə və idman mediasında geniş müzakirə olunur. “Neftçi” hazırda Premyer Liqada mövsümü çətin keçirir və nəticələr gözlənilən səviyyədə deyil.
Neftçi PFK