“Qarabağ”a məğlubiyyətdən sonra klub rəhbərliyinə etiraz edən “Neftçi”nin 4 azarkeşi polis tərəfindən saxlanıb.

Onlardan ikisi həbs olunub, ikisi isə cərimələnib.

Məhkəmənin qərarı ilə Arif Dadaşov 30, Ceyhun Quliyev 15 sutka inzibati qaydada həbs olunublar.

Digər 2 azarkeş – Vasif Rzayev və Sabir Nəzərov isə cərimə edilib.

Leave A Reply