Ən sevdiyiniz kitab hansıdır?
“New York Times” XXI əsrin ən yaxşı 100 kitabının siyahısını açıqlayıb.
Qəzetin əməkdaşları müəlliflər, tənqidçilər və ədəbiyyat həvəskarları arasında sorğu keçirərək, onlardan 2000-ci ildən bəri nəşr olunan 10 ən yaxşı kitabın adını çəkməyi xahiş ediblər.
Qəzetin yazdığına görə, ən yaxşı 100 kitabın siyahısında Elena Ferrantenin “Mənim dahi rəfiqəm” əsəri birincidir.
İlk onluğa aşağıdakı əsərlər daxil edilib: İzabel Vilkerson –“Digər günəşlərin istisi: Amerikaya böyük köçün epik hekayəsi”, Hilari Mantel – “Canavar zalı”, Edvard Pol Cons – “Məşhur dünya”, Conatan Franzen- “Düzəlişlər”, Roberto Bolanyo – “2666”, Kolson Uaythed –“Yeraltı dəmir yolu”, Vinfrid Georq Zebald – “Austerlits”, Kazuo İsiquro – “Məni buraxma” və Merilin Robinson – “Qalaad”.