Kimsə “Led lampa” biznesinə girişib.

Gələn ildən közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan olunacaq.
Bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının idxalı isə 2026-cı il iyulun 1-dən qadağan olunur.