Bakıda yaşayan 63 yaşlı Namiq Hüseyn oğlu Əbdülov intihar edib.

O, yaşadığı evin həyətində özünü asıb.

Yaxınları Meydan TV-yə deyib ki, onun oğlu Natiq Əbdülov 3 ay əvvəl Türkan qəsəbəsindəki “Oba” marketdə kassir vəzifəsinə işə düzəlib.

Yanvar ayının ortalarında mağazanın müdiri Natiq Əbdülovu yanına çağıraraq, kassada 9 min manat çatışmazlıq olduğunu deyib, ondan və digər kassirdən pulu ödəməyi tələb edib. Əks halda, hüquq-mühafizə orqanlarına şikayət olunacağını və həbs ediləcəklərini söyləyib.

“Ailə 3 min manat toplayıb, mağaza müdirinə verib. Bundan sonra onlara deyilib ki, hər ay da hissə-hissə ödəniş edib, əlavə 9 min manatı da verməlidilər. Yəni ümumilikdə onlardan 12 min manat tələb olunub.

Tanıdığı adamlarla söhbətlərində də başlarına gətirilən oyuna dözə bilmədiyini, oğlunun günahsız olduğunu, təcrübəsizliyindən istifadə edib, ayağına 9 min manat yazıldığını, çox ağır bir yükün altına salındığını deyib. Övladının bu şəkildə yüklənməsi ona çox pis təsir etmişdi. Çarəsizlik onu depressiyaya salmışdı”, – deyə yaxınları deyib. 

Leave A Reply