Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, 2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.

 

Bunlardan 4551 nəfəri bakalavriat, 1267 nəfər magistratura, 1496 nəfər tam orta ixtisas bazası, 1317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Leave A Reply