“Barselona”da təlim keçdi, “Neftçi”də parladı, “İrəvan”da oyun satdı!”

AFFA “İrəvan”da oynayan Fəhmin Muradbəylini futboldan ömürlük diskvalifikasiya edib.

Dünən AFFA onun futbol həyatını sonlandıran qərarı açıqlayıb: “Muradbəyli Fəhmin Surxay oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir”.

Qeyd edək ki, Fəhminlə yanaşı Beşiktaşın yetirməsi olan Ege Atlam da “İrəvan”dakı danışılmış oyunlara görə ömürlük futboldan diskvalifikasiya edilib.

Leave A Reply