Azərbaycan Mərkəzi Bankına yeni baş direktorlar təyin edilib.

                                                                                                Foto: Hamam Times

Bunlardan ikisi “Paşa Holding”dən gələn kadrlardır. Hazırda Mərkəzi Banka rəhbərlik edən Taleh Kazımov da “Paşa Bank”dan gətirilib.

Rəşad Məmmədov 2015-ci ildən 2023-cü ilədək “Paşa Bank”da işləyib. Keçən ilin noyabr ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində işə başlayıb, 2 ay sonra isə baş direktor təyin edilib.

Şahin Mahmudzadə isə 2018-ci ildən “Paşa Həyat Sığorta” ASC-də işə başlayıb. Ona 2023-cü ilin iyul ayında Mərkəzi Bankın sədr müavini vəzifəsi verilib, 6 ay sonra isə baş direktor təyin edilib.

Leave A Reply