“Avtobus dayanacağına iki addım məsafədə mənzil satılır”

Bakıda darvazanı dayanacaq təyin etdilər, qaz borusuna isə nişan vurdular.

Hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib. Sakinin evinin qarşısına dayanacaq nişanı quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələylə bağlı açıqlama verib.

“İnfrastrukturun və yaşayışın sıx olduğu ərazilərdə sərnişin axını və tələbat nəzərə alınaraq, bu formada dayanacaq yerinin təyin edilməsində hər hansı bir məhdudiyyət yoxdur.

Lakin sakinləri narahat edən məsələ varsa, nişanın yeri dəyişdirilə bilər. Bunun üçün əraziyə baxış keçiriləcək”.

Leave A Reply