Rusiya, Yaponiya

Rusiya prezidenti Vladimir Putinin noyabrın 5-də imzaladığı fərmanla “Japan Tobacco International” (JTI) şirkətinin Rusiyadakı aktivləri müvəqqəti olaraq “Promışlennıye aktivı” səhmdar cəmiyyətinin idarəsinə verilib. Fərman JTI-nin Rostov-na-Donu, Yelets və Sankt-Peterburqdakı fabriklərinə də aiddir. JTI bu yolla Rusiyadakı aktivləri müvəqqəti idarəyə verilən ilk dünya tütün nəhəngi olub.

“Bloomberg”in yazdığına görə, bundan sonra cümə günü “Japan Tobacco”nun səhmləri 19,3% ucuzlaşıb, bu, şirkət tarixində ən böyük gündəlik enişdir. “Kyodo” agentliyinə görə, Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfiri Nikolay Nozdrevə etiraz bildirib. Maliyyə naziri Satsuki Katayama Tokionun Moskvanı qərarı ləğv etməyə çağırdığını deyib. Rusiyanın Tokiodakı səfirliyi isə TASS-a Yaponiyanın heç bir etiraz bildirmədiyini deyib.

JTI açıqlamasında fərmandan xəbərdar olduğunu, təfərrüatları və mümkün addımları öyrəndiyini bildirib. Şirkət Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan sonra Rusiyadan çıxmayıb, amma oradakı istehsala və marketinqə investisiyanı dayandırıb. Onun brendləri arasında Winston, Camel, LD və Sobranie var.

Leave A Reply