Turizm
Rəsmi statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə cəmi 2 milyard 193,5 milyon manat xərcləyiblər. Bu, 2025-ci ilin eyni dövründən 322,7 milyon manat, yəni 12,8% azdır.
Ən böyük xərc nəqliyyata düşüb: 973 milyon manat, bu, 15,6% azdır. Yerləşmə xərcləri 20,7% azalaraq 405,4 milyon manat, qidalanma xərcləri 13,4% azalaraq 407,2 milyon manat olub. Mal və hədiyyə alışı isə 10,8% artaraq 280,6 milyon manata çatıb.
Ən çox xərci Rusiyadan gələnlər edib: 666,6 milyon manat (2,6% az). Türkiyədən gələnlərin xərcləri 9,7% azalaraq 234,3 milyon manat olub. İsraildən gələnlərin xərcləri isə 78,9% artaraq 133,6 milyon manata çatıb.
9 ayda Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min əcnəbi gəlib, bu, ötən ilkindən 6% azdır. Gələnlərin 27,1%-i Rusiya, 19,4%-i Türkiyə, 7,7%-i İran vətəndaşıdır. Körfəz ölkələrindən gələnlərin sayı 32% azalaraq 218,3 min nəfər olub, MDB ölkələrindən gələnlər isə 4,3% artıb.


