Tanınmış biznesmenin oğlu kasıbçılıq barədə danışıb.



Bakı Kitab Mərkəzində çıxış edən Aydın Dəmirçinin oğlu Qafar kasıbçılıq barədə leksiya keçib.

O deyib ki, kasıbçılıq pul problemi deyil, daha çox yanaşma, tənbəllik və məsuliyyətsizlik problemidir.
ıI
Qafarın atası “plazalar kralı“ kimi ad çıxaran Aydın Dəmirçidir. O, “AQA Şirkətlər Qrupu”nun təsisçisidir.

“AQA Şirkətlər Qrupu”na bu iş mərkəzləri daxildir: “Demirchi Tower”, “Caspian Plaza”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi”, “Caspian Business Center”.

Bunlardan başqa “AGA Qroup” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”),  kənd təsərrüfatı (“AGA Agro”, “Monte Ferro”),  İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və otelçilik (“Da Vinci” və “Caspian Palace” otelləri) sahələrində də fəaliyyət göstərir.

Leave A Reply