Araik Harutyunyan, Ruben Vardanyan və digərlərinin məhkəməsi başlayır.

Hərbi cinayətlərdə təqsirləndirilən 16 nəfərin cinayət işləri üzrə məhkəmə prosesi başlayır.

Məhkəmə ümumilikdə 2 min 548 epizod üzrə işə baxacaq.

Məhkəmə prosesi Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində baş tutacaq.

Müttəhimlər qismində Ruben Vardanyan, Arkadi Qukasyan, Araik Harutyunyan, Bako Sahakyan, Davit İsxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Alaverdiyan, Qruqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan və Erik Qazaryan iştirak edəcəklər. 

Leave A Reply