Goranboyda Mərkəzi Xəstəxananın baş direktoru Rauf Yəhyayevi döyüblər.
Yayılan xəbərə görə, baş direktoru döyən şəxslər qazilər olub.
Yəhyayev deyib ki, o ağrıkəsici istəyən qazilərə “yox” dediyinə görə hücuma məruz qalıb:
“Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Dedim ki, təcili yardım şöbəsinə getsinlər, münaqişə başladı”.