“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovdan bəhs edən film çəkilib.

“Stadionlar səssiz olanda” adlanan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunub.

Filmdə Q.Qurbanovun 20-ci əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

Film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

Leave A Reply