“İzah etsinlər ki, niyə bir ildir maaş almıram”
Karate ustası, beşqat dünya çempionu Rafael Ağayev son baş verənlər barədə danışıb.
O, deyib ki, Karate Federasiyasının vitse-prezidenti olduğu son bir ildə maaş ala bilməyib. Bu barədə danışandan, vəzifəsindən istefa verəndən sonra isə təzyiqlərə məruz qalıb.
“Mən müsahibə verəndən sonra zəng edib dedilər ki, o videonu sil. Mən isə dedim ki, o videonu artıq bütün Azərbaycan paylaşıb. Dedi ki, yox, silməlisən.
Dedim niyə mən o videonu silməliyəm? Mən kiməsə söyüş söyməmişəm, pis söz deməmişəm”.
