“Son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar qarşıma çıxır. Bəzi elanlarda isə “böyrək və qaraciyər alıram” yazılır. Avtobus dayancaqlarında da bu elanlar var”.
Bunu deputat Razi Nurullayev parlamentin iclasında deyib.
O bildirib ki, bu məsələdə bir neçə yanaşma ola bilər:
“Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikincisi isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir”.