Hüquq müdafiəçisi Rüfət Səfərovun məhkəməsi keçirilib
Azadlıq Radiosunun məlumatına görə, dünən baş tutan məhkəmədə onun ev dustaqlığına buraxılmasından ötrü verdiyi vəsatətə baxılıb.
Rüfət Səfərov çıxışında ona verilən dələduzluq ittihamının saxta olduğunu deyib:
“Mən tamahkar olsaydım, prokurorluqda qalardım, indi də yüksək vəzifələrdə idim. İndi mənə gülməli ittihamlar verirlər, guya tamah niyyətiylə dələduzluq eləmişəm“.

Rüfət Səfərov xuliqanlıq və dələduzluqda ittham olunur.