“İndi, qoy, Baku Tv sübut etsin ki, bu, casus fəaliyyətidir”

Rusiyalı jurnalist, keçmiş deputat Yevgeni Primakov “Baku” TV-ni məhkəmə ilə hədələyib.

Qeyd edək ki, Baku Tv bir neçə gün əvvəl Bakıdakı “Rus evi” barədə “casus evi” demişdi.

Primakov deyib ki, Azərbaycandakı Rusiya Mədəniyyət Mərkəzi iki ölkə arasında hökumətlərarası saziş əsasında fəaliyyət göstərir və müstəsna olaraq, təhsil, mədəniyyət və elmlə məşğul olur.

Hazırda “Rossotrudniçestvo”nun (Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi) rəhbəri olan Primakov öz Telegram kanalında belə yazıb:

“Mənə məlum olduğu qədərilə, Baku Tv Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. 

Biz bazar ertəsi işgüzar reputasiyanın qorunması barədə məhkəmə iddiası hazırlayacağıq. Mən Azərbaycan hökumətinin maliyyələşdirdiyi kütləvi informasiya vasitəsindən bu böhtan və yalana dair təkzibedilməz sübutlar eşitmək istəyirəm. Ya da təkzib və üzr”.

Leave A Reply