Kuzbasda hərbi təyyarə qəzası

Rusiya Müdafiə Nazirliyi noyabrın 17-də Kemerovo vilayətində An-12 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığını və göyərtədə olan 19 nəfərin, o cümlədən heyət üzvlərinin öldüyünü açıqlayıb. “İnterfaks” agentliyinin yazdığına görə, nazirlik bildirib ki, təyyarə planlı uçuş zamanı yaşayış olmayan ərazidə düşüb və qəzanın səbəbi texniki nasazlıq olub. Hadisə yerində Rusiya Hava-Kosmik Qüvvələrinin komissiyası işləyir.

Təyyarə Kemerovo hava limanı yaxınlığındakı Yaqunovo kəndinin yanında düşüb. Kuzbass qubernatoru İlya Seredyuk hadisə yerində qərargah yaradıldığını və ona özünün rəhbərlik etdiyini deyib, onun sözlərinə görə, bu, vilayətdən keçən tranzit təyyarə olub. Rusiya mediası əvvəlcə təyyarədə 13-17 nəfər olduğunu yazırdı.

An-12 sovet dövründə hazırlanmış, 20 tona qədər yük daşıya bilən hərbi nəqliyyat təyyarəsidir. O, insanların, yüklərin və hərbi texnikanın daşınması və paraşütlə endirilməsi üçün istifadə olunur.

Leave A Reply