Şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov deyib ki, qadınlar heç bir sahədə kişilərdən yaxşı ola bilməz.

O, qatıldığı proqramların birində “Bacılarıvızla rəqabətə çox gedirdiniz?” sualına belə cavab verib:

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir”.

Şəhriyar Məmmədyarov “Sizcə niyə belədir?” sualına isə belə cavab verib:

“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki? Çox fikirləşməyiviz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.

Leave A Reply