“Nəsildən-nəsilə ötürdüyümüz ən gözəl dəyər yaltaqlıqdır”

Müğənni Səidə Sultan maraqlı paylaşıb edib.
O, öz instaqram profilində bu sözləri paylaşıb:
“Dünyada hər ölkənin özünəməxsus mental dəyərləri var və onları nəsildən-nəslə ötürürlər. Bizim isə nəsildən-nəslə ötürdüyümüz ən gözəl dəyər yaltaqlıqdır.
Bu işi bacaran insanlar özlərini komfortda hiss edirlər. Çox təəssüf ki, bu cür insanlar hər sahədə var, eləcə də şou-biznesdə. Bir zamanlar bəyənmədiklərinə indi “kim yaxşı yaltaqlıq edib” yarışına giriblər. Gedin yenidən gəlin, yaxşı yaltaqlanmadınız”.
Sizcə, nəsildən-nəslə ötürdüyümüz dəyərlər nələrdir?