Şərlənərək həbs olunan siyasətçi Tofiq Yaqublu 30 gündür aclıq edir.

Sənət adamları Tofiq Yaqubluya dəstək olmaq üçün bəyanat paylaşıblar. 

 Aralarında Rasim Qaraca, Ayaz Arabaçı, Kəramət Böyükçöl və Murad Köhnəqala kimi tanınmış şəxslərin olduğu 42 nəfər bu bəyanatı imzalayıb:

“Tofiq Yaqublu bir Qarabağ qazisi olaraq bizim hamımızın, bütünlükdə Azərbaycanın dəyəridir!

Bu torpaqlar uğrunda savaşmış bir qazi kimi ona sahib çıxmalıyıq. Necə ki, o bizim dəyərlərimiz uğrunda, bizim uğrumuzda könüllü olaraq Qarabağ savaşına qatılıb, indi də bizim haqlarımız və rifahımız uğrunda azadlığından olub! 

Bu gün hamımız bir olub, haqsız həbsi üçün ölüm aclığına başlayan Qazimizi yalnız buraxmamalı, ona dəstək olmalı, azadlığına qovuşması üçün əlimizdən gələni etməliyik!

Vicdanı olan hər kəsdən xahiş edirik, Tofiq Yaqublunun azadlığı üçün birlikdə Prezident İlham Əliyevə bir müraciət imzalayaq, onun ölkə qarşısında olan xidmətlərini nəzərə alaraq tezliklə azadlığa buraxılmasını təmin etməsini istəyək”. 

Leave A Reply