2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu.
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Dəyəri 138 milyon manatdan çox olan olan tender müsabiqəsinin qalibi “Körpü-Bina-Tikinti” MMC olub.
“Körpü-Bina-Tikinti” MMC əsasən dövlət qurumlarının keçirdiyi iri həcmli layihələrin icraçısı kimi tanınıb.
Rəsmi sənədlərdə şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğlu qeyd olunsa da, şirkətə tanınmış iş adamı Xəlil Göyüşovun rəhbərlik etdiyi bildirilir.
Bildiyimiz kimi, 22 oktyabr tarixində Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üşün 2 nəfər həyatını itirib. Həmin tunel də 2019-cu ildə “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.
Mənbə: Meydan TV