Odlar yurdunda 16 nəfəri qızdırmağa bir şey tapılmadı.
Bakının Sabunçu rayonunda 3 günə 16 nəfər həyatını itirib.

Onların qızınmaq üçün spirt içərək həlak olduqları deyilir.
Maraqlıdır ki, hökumətyönlü mediada onların içdikləri spirtin keyfiyyəti, lisenziyası və s. mövzular müzakirə olunur.
Soruşan yoxdur ki, neft-qaz ölkəsində 16 nəfəri qızdırmaq üçün bir vasitə tapılmadımı?
Niyə insanlar bu soyuqdan donmamaq üçün spirt içməlidir?