Türkiyənin “Adana Dəmirspor” klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox təzminat ödəyəcək.

Bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar çıxarıb.

Hazırda “Qarabağ”da çıxış edən 30 yaşlı qolkiperin Adana təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.

Adana klubu ona ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Ş.Məmmədəliyev müqaviləsinin pozulmasına görə isə kompensasiya olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.

Hazırda maliyyə problemi ilə üzləşən “Adana Dəmirspor”un bu məbləği ödəyib-ödəmədiyi hələlik bəlli deyil.

Qeyd edək ki, Şahruddin “Adana Dəmirspor” klubunda 25 oyun keçirib, bu oyunlarda toplam 40 qol buraxıb.

Leave A Reply