SeaBreezedə işləyən fəhlələrdən şikayət

“Sea Breeze” ərazisində çalışan bir qrup fəhlə əməkhaqlarının ödənilmədiyini deyir.

Sosial şəbəkələrdə yayılan videoda işçilər 20-25 gündür maaşlarını ala bilmədiklərini və onlara davamlı olaraq “bu gün-sabah” deyilərək ödənişlərin təxirə salındığını bildirirlər.

Videoda danışan fəhlənin sözlərinə görə, hazırda ərazidə çox sayda işçi toplaşıb və onlar əməkhaqlarının gecikdirilməsinə etiraz edirlər. İşçilər qeyd edirlər ki, maaşların vaxtında verilməməsi onları ciddi maddi çətinliklərlə üz-üzə qoyub.

İddialara görə, gecikmələr bir neçə həftədir davam edir və konkret ödəniş tarixi ilə bağlı işçilərə dəqiq məlumat verilmir.

Məsələ ilə bağlı “Sea Breeze” rəhbərliyi və ya ərazidə fəaliyyət göstərən podratçı şirkətlər tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Qarşı tərəfin mövqeyi məlum deyil.

SeaBreezedə işləyən fəhlələrdən şikayət

Leave A Reply