“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı barəsində həbs qərarı verilib.

O, Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

Foto:  Sevinc Vaqifqızı


S. Vaqifqızının bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir. O da, qurumun həbs edirən direktoru Ülvi Həsənli kimi ittihamları rədd edib.

Həmin maddəylə şəxsə 8 ilə qədər həbs cəzası verilə bilər.

Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə xaricdən Azərbaycana gələndə Bakı aeroportunda saxlanılıb.

Leave A Reply