♠️ Siyavuş Novruzov da kazino müzakirəsinə qoşuldu.

🪣 “Kazinoda pulları vedrəylə ölçəcəklər. Vedrə-vedrə pul qazanacağıq”.

O, jurnalistin vedrə ölçü vahididirmi sualına isə belə cavab verib:

“Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir. Bax, girirsən kafeyə, deyirsən bir fincan kofe ver, demirsən axı, 100 qram kofe ver. Ödəyəndə bir fincan kofenin pulunu ödəyirsən. Burada fincan ölçü vahididir. Eləcə də vedrə.”

Leave A Reply