Nə qədər maaş alırsınız?

SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancı açıqlanıb.

2024-cü ilin 6 ayı ərzində (yanvar-iyun) SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər 870 min manat təşkil edib. 

Bu barədə SOCAR-ın yarımillik hesabatında qeyd olunub.

Qeyd edək ki, 2023-cü ilin 6 ayı ərzində (yanvar-iyun) SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər 850 min manat təşkil etmişdi. 

Görünən odur ki, SOCAR rəhbərliyinin də maaşı artıb.

Leave A Reply