“SOCAR”ın işçiləri zəhərlənib, prokurorluq isə gizlətməyə çalışır.
Bugün “SOCAR Polymer” şirkətinin Sumqayıtda yerləşən zavodunda kütləvi zəhərlənmə olub.
By barədə “Abzas Media”nın SOCAR-dakı mənbəsi məlumat verib.
Bildirilib ki, 53 nəfər əməkdaş yeməkxanada qida qəbul etdikdən qısa müddət sonra zəhərlənib.
Rəsmi məlumatlarda isə hadisənin “SOCAR Polymer” şirkətində baş verdiyi yazılmır.
Baş Prokurorluq hadisənin “Sumqayıt şəhərində yerləşən zavodlardan birində” olduğunu və faktla bağlı cinayət işi qaldırıldığını bildirib.