Son on gün ərzində dini inanclı şəxslərə qarşı növbəti həbs dalğasının başladığı bildirilir.

 

Meydan TV-nin əldə etdiyi məlumata görə, paytaxtda və bölgələrdə onlarla inanclı həbs olunub.

Həbs olunanlar arasında Lənkərandan ruhani Rövşən Şərifov, Sakit Məmmədov, Neftçaladan Ramin Babayev, Göyçaydan Nəsrəddin Nəsirov, Gəncədən Ceyhun Sayadov, Astaradan Eyvaz Baxşıyev, Bəxtiyar Məmmədov və başqaları var.

“Hamısına qarşı narkotik ittihamı irəli sürülüb. Aralarında elələri var ki, siqaret çəkmir. Evlərində xəstəsi, azyaşlı uşaqları olanlar var. Bəxtiyar Məmmədovun həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkir. Onsuz da bu ailənin dolanışığı ağır idi. Belə adamları narkotiklə şərləmək qeyri-insani hərəkətdir”, – həbs olunanlardan birinin yaxını danışıb.

Leave A Reply