🗽 AXCP fəalı Asam Əli həbs olunub.

Əli Kərimli deyir ki, onu da şərləyərək 30 sutka müddətinə inzibati qaydada həbs ediblər.

👮‍♂️ “Son 2 ayda məni müxtəlif tədbirlərə aparan və ya müşaiyət edən 6 nəfər AXCP fəalı həbs olunub.

İctimai əsaslarla mühafizəçim Kənan Basqal ağır cinayət ittihamı ilə (adam bıçaqlamaq) şərlənərək həbs olunub. Müxtəlif tədbirlərdə məni müşaiyət edən şəxslərdən Elnur Quliyev (həmçinin qardaşı l, AXCP üzvü Rahil Quliyev), Kənan İsmayılov, maşını ilə məni tədbirlərə aparan Zaur Rzalı və Asam Əli isə hər biri 30 sutka müddətində inzibati qaydada həbs olunublar”, – Əli Kərimli yazıb.

Leave A Reply