Bunu da yaşamadıq deməyək…

Türkiyədə azərbaycanlı qadın yol qəzasında yaralanıb.

Hadisə Bursa şəhərinin İnegöl qəsəbəsində baş verib.

Sürücü 58 yaşlı Ali A. qəfil asqırıb və avtomobil idarəetmədən çıxaraq, divara çırpılıb.

Nəticədə o və sərnişini olan azərbaycanlı arvadı 44 yaşlı Gövhər M. xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Leave A Reply