Şüvəlanda 3 polis və 1 nəfər mülki vətəndaş qətlə yetirilib.
Əvvəllər məhkum olunmuş 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.
O, “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirmişdir.
Daha sonra isə R.Allahverdiyev polis tərəfindən zərərsizləşdirilib.