Deputat Fazil Mustafanın güllələnməsi işi üzrə məhkəmə prosesi keçirilib.

Təqsirləndirilən şəxslərdən Azər Səricanov deyib ki, məqsədləri Fazil Mustafanı öldürmək yox, cəzalandırmaq olub:

“Aşura günü keçirənlər haqqında “hürürlər, mələşirlər” fikrini işlətmək nə deməkdir? Nə qədər dözmək olar. Bunun da hərəkətləri 2019-cu ildən mənə toxunurdu. Müvafiq yerlərə şikayət də olunmuşdu, sosial şəbəkədə özünə, oğluna da yazılmışdı. Nəticəsi olmadı. Ona görə qərara gəldim ki, onu cəzalandırmaq lazımdır. Bu, mənim öz təşəbbüsüm olub.

Əvvəldən plan onu öldürmək yox, cəzalandırmaq idi ki, o da ağrını hiss eləsin. Bilsin ki, o da ağrını hiss eləsin. Bilsin ki, adamların hisslərinə toxunmaq nə deməkdir. Onun çiyninə dəyən güllə başına da dəyə bilərdi. Ona görə dəymədi ki, məqsəd onu öldürmək deyildi”.

Cinayət işində Azər Səricanovla birlikdə 5 nəfər ittiham olunur. Onlar terroru maliyyələşdirmə, dövlətə xəyanət və bir sıra digər ağır maddələrdə təqsirləndirilirlər.

Leave A Reply