Taleh Yüzbəyov Alatava serialını tənqid edən Rasim Balayev və Əli Nura cavab verib.
Xalq artistləri Rasim Balayev və Əli Nur “Alatava” serialında söyüş və jarqonlardan istifadə olunduğuna görə ekran işini tənqid edərək bunun sənət deyil, tərbiyəsizlik olduğunu demişdilər.
Serialın ssenaristi və aktyoru Taleh Yüzbəyov sosial şəbəkədə filmi tənqid edən hər iki aktyora cavab verib:
“Bizə görə tərbiyəsizlik məbəd dediyiniz teatrda gənc aktyor kirayədə qala-qala, özünə dövlətdən ikinci evi istəməkdir.. Tərbiyəsizlik dövlətin sənət üçün ayırdığı pulları yeməkdir. Tərbiyəsizlik o artisti olduğun xalqın bu seriala baxan haradasa 1 milyon şəxsinə “geri zəkalı” deməkdir”.
Qeyd edək ki, 2021-ci ildə İlham Əliyev Əli Nurun ailəsinə 1 gündə 2 mənzil hədiyyə etmişdi.