
🖋️ “Talış Milli Akademiyası”nın baş redaktoruna 18 il həbs cəzası verilib.
⚖️ Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə talış tədqiqatçısı İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub.
📚 İqbal Əbilov Talış Milli Akademiyasının mətbu orqanı olan “Talış Milli Akademiyasının bülleteni” adlı elmi jurnalın baş redaktorudur. Talış dili, tarixi və mədəniyyəti üzrə bir sıra elmi məqalə və kitabların müəllifidir.
Əbilov ittihamları rədd edir və yalnız elmi fəaliyyətlə məşğul olduğunu deyir.