Siyasətçi Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev çıxarıb.

Siyasətçi külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, saxta sənəd hazırlamaqda təqsirli bilinib.

Ekspertiza rəyi nəticəsində saxta sənədlərdəki imzaların siyasətçiyə aid olmadığı, mobil operatorların verdiyi məlumatlar isə hadisə zamanı onun fərqli ünvanda olduğunu bildirsə də, məhkəmə bunu nəzərə almayıb.

Tofiq Yaqublu ittihamları qəbul etmir. Yerli və beynəlxalq hüquq medafiə təşkilatları isə onun siyasi səbəblərlə həbs edildiyini bildirirlər.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu siyasi fəaliyyətinə görə 8 dəfə həbs olunub.

Leave A Reply