“Utanıb-qızarmadan məni dördüncü dəfədir ki, qanunsuz olaraq həbs edirlər”

                                         Foto: Hamam Times

5-ci aydır ki, həbsdə olan Tofiq Yaqublunun istintaq dövründə həbsdə saxlanma müddəti daha 2 ay da artırılıb.

Məhkəmə zamanı sİyasətçi bildirib ki, heç bir cinayət törətmədiyi halda, siyasi sifarişlə 4-cü dəfədir ki, həbs olunur:

“Bu dələduzluq ittihamının buradakı hakimə, müstəntiqə nə qədər aidiyyəti varsa, mənə də o qədər aidiyyəti var. Tofiq Yaqublunu dələduzluqda ittiham eləmək biabırçılıqdır, absurddur. Utanıb-qızarmadan dördüncü dəfədir ki, sifariş gəlir və məni qanunsuz həbs edirlər”.

Tofiq Yaqublu xaricə göndərmək adıyla pul almaqda ittiham olunur. Siyasətçinin qızı Nigar Həzi bu ittihamın yalan olduğunu bildirib.

Leave A Reply