Xaricdə yaşayan bloqer Tural Sadıqlının əmisi həbs edilib.

O, bu barədə feysbuk hesabında paylaşım edib.

Tural Sadıqlı deyir ki, guya polislər onun avtomobilindən qumbara tapıb.

“Azərbaycan hakimiyyəti mənə və ailəmə qarşı növbəti cinayətə və həyasızlığa imza atdı. Bakıda əmim Elmir Sadıqov şərlənib həbs edilib. Barəsində cinayət məcəlləsinin 228.1-ci maddəsiylə cinayət işi açılıb. Heç şübhəsiz ki, məni cəzalandırmaq və fəaliyyəti dayandırmaq üçün hakimiyyətin atdığı növbəti mundarlıqdır. Bunu burda qoymayacam. 1-ə 5 cavab alacaqlar. Elmir Sadıqova və bütün siyasi məhbuslara azadlıq!”

Leave A Reply