Türkiyə azərisi yox, Türkiyə Azərbaycan türkü!

Türkiyənin yerli azəriləri əsasən Qars, Iğdır və Ardahan şəhərlərində məskunlaşıblar.

Dünən keçirilən bələdiyyə seçkilərində bu şəhərlərin hər biri fərqli partiyanı seçib.

Qars şəhərinin yeni bələdiyyə başçısı MHP (Milliyətçi Hərəkat Partiyası);
Iğdırın yeni bələdiyyə başçısı DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası; keçmiş HDP);
Ardahanın yeni bələdiyyə başçısı isə CHP (Cumhuriyyət Xalq Partiyası) namizədi seçilib.

Bəs sizin seçmək şansınız olsaydı, hansı partiyaya səs verərdiniz?

Leave A Reply